Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

FİFA dünya çempionatında iştirakçı ölkələrin sayını artırır

Futbol üzrə dünya çempionatında iştirakçı ölkələrin sayı 32-dən 40-a çatdırıla bilər. Xeberleragentliyinin məlumatına görə, belə bir təkliflə UEFA prezidenti Mişel Platini çıxış edib.

Onun fikrincə, mundiallarda əlavə olaraq, Afrika, Asiya, Amerika qitələrindən hərəyə 2, Okeaniya və Avropadan isə hərəyə 1 ölkə təmsil oluna bilər. Bu halda, çempionat daha 3 gün uzanacaq.

İştirakçı sayının artırılmasını FİFA prezidenti Yozef Blatter də dəstəkləyib: “İstərdim ki, qloballaşdırma ciddi sürət götürsün. Afrika və Asiya ölkələri dünya çempionatlarına qatılmalıdırlar. Nə qədər ki Afrika dünya çempionatlarında lazımi səviyyədə təmsil olunmur, bu qitədən heç bir ölkə çempion ola bilməyəcək.

2008-ci ilin sentyabrında 2016-cı ildən Avropa çempionatında iştirakçı ölkələrin sayı 16-dan 24-ə artırılıb. Fransada keçiriləcək çempionatda oyunların sayı 31-dən 51-ə, yarış isə 3 həftədən 1 aya çatdırılacaq. Lakin dünya çempionatında bu yeniliyin nə vaxt tətbiq olunacağı məlum deyil. 2014-cü il Mundialı Braziliyada, 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.

Digər tərəfdən, FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Siyahıya Lionel Messi, Neymar, Andres İnyesta, Xavi Ernandes, Jerar Pike, Daniel Alves, Kriştianu Ronaldu, Qaret Beyl, Manuel Noyer, David Alaba, Tomas Müller, Aryen Robben, Bastian Şvaynştayger, Frank Riberi, Mario Götze, Mario Mancukiç, Zlatan İbrahimoviç, Edinson Kavani, Tiaqo Silva, Robert Levandovski, Marko Röys, İlkay Gündoğan, Robin van Persi, Ueyn Runi, Məsut Özil, Luis Suares, David Luis, Yaya Ture, Serxio Aquero, Fred və Didye Droqba düşüb. 3 finalçı dekabrda, qalibin adı isə 2014-cü il yanvarın 13-də açıqlanacaq.
1749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28