Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Təyyarədə ölən 49 əsgərin meyiti təhvil verildi

Hökumət qüvvələri ilə silahlılar arasında təhvil alış-verişi Karlivka şəhərində baş tutub

Ukraynanın Luqansk şəhərində vurulan təyyarədə ölən 49 əsgərin meyiti rəhbərliyə təhvil verilib.

Hökumət qüvvələri ilə silahlılar arasında təhvil alış-verişi Karlivka şəhərində baş tutub.

Ruspərəst separatçılar ağ bayraq qaldıraraq görüş məntəqəsinə gəldikdən sonra hökumət qüvvələri də eyni addımı təkrarlayıblar.

Daha sonra meyidlər yük avtomobilində Ukrayna qüvvələrinin nəzarətində olan hissəyə keçirilib. Proses zamanı heç bir insident baş verməyib.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
26.03.17, 11:05
Kiyevin mərkəzində at