Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Şagirdləri narkotikdən ölən internatın müdiri məhkəməlik oldu

Ölümün kəskin narkotik zəhərlənməsi üzündən baş verdiyi müəyyən edilib

Rusiyanın Samara şəhərində uşaq evinin iki şagirdi artıq dozada narkotika qəbul edərək öldükdən sonra müdirə qarşı cinayət işi qaldırılıb.

Keçmişdə müdir vəzifəsini tutmuş qadına yeddi il həbs cəzası kəsilə bilər.

Hadisə 29 mart 2014-cü il tarixdə Samaranın 1 saylı uşaq evində baş verib. Otaqlardan birində yaşı 16 və 17 olan iki yeniyetmənin meyiti tapılıb.

Ölümün kəskin narkotik zəhərlənməsi üzündən baş verdiyi müəyyən edilib. Həmçinin bəlli olub ki, uşaqlar narkotik maddəni qaldıqları otaqda qəbul ediblər.
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber