Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Dünya Çempionatı: Keçən günün nəticələri

Avstraliya – Hollandiya - 2:3 

İlk oyununda dünya və Avropa çempionları İspaniyanı 5:1 hesabı ilə darmadağın etməklə çoxlarını təəccübləndirən Hollandiya bu dəfə Avstraliya ilə qarşılaşıb. Oyundan əvvəl “narıncılar”ın bu matçda qalib gələcəyi şübhə doğurmasa da, matç gərgin alınıb. Hesabı hollandlar açsa da, avstraliyalılar 1 dəqiqə sonra hesabı bərabərləşdiriblər və ikinci hissənin əvvəlində "yaşıl qitə" nümayəndələri irəli çıxıblar. Amma Hollandiya millisinin təcrübəsi özünü göstərib. Oyun 3:2 hesabı ilə Hollandiyanın xeyrinə başa çatıb.

B qrupu
Avstraliya – Hollandiya - 2:3
Qollar: Keyxell, 21; Jednak, 54 (pen) - Robben, 20; van Persi, 58; Memfis Depay, 68

İspaniya-Çili – 0:2

Əvvəlcə B qrupunun iki ispandilli komandası üz-üzə gəlib. Son dünya və Avropa çempionu ilk turda Hollandiya qarşısındakı darmadağını unutdurmaq üçün heç də zəif olmayan Çiliyə qarşı oyuna çıxıb.

Bu oyunda ispanları ancaq qələbə qane edirdi. Amma dünya çempionları ikinci oyunda da məğlub olublar. Nəticədə, İspaniya sensasiyaya imza ataraq, qrupda qalıb. İki oyunun nəticəsinə uyğun olaraq, Hollandiya və Çili növbəti mərhələyə adlayıb.

B qrupu
İspaniya - Çili - 0:2
Qollar: Varqas, 20; Aranquis, 43

Kamerun-Xorvatiya – 0:4

İlk oyunda məğlub olan iki komanda – Kamerun və Xorvatiya millilərinin görüşü maraqla gözlənilirdi.

Məğlub olan tərəf mundialla erkən vidalaşmalıydı. Bu komanda Kamerun olub. Afrika təmsilçisi dalbadal ikinci oyunda da məğlubiyyətlə üzləşərək, mundiala vida edib. Qeyd edək ki, bu, tərəflərin tarixi ərzində ilk görüşü olub.

A qrupu
Kamerun – Xorvatiya - 0:4
Qollar: Oliç, 11; Perişiç, 48; Mandjukiç, 61; 73
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı