Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

"Azadlıqları, hüquqları uğrunda mübarizə aparanlar həbsxanaya salınır"

Hüquq müdafiəçisi NATO PA-nın seminarında sərt çıxış etdi

Bu gün Bakda NATO Parlament Assambleyasının 86-cı “Rouz-Rout” seminarı başlayıb. Seminarda NATO PA-nın prezidenti Hu Beyli, 28 üzv ölkənin, eyni zamanda tərəfdaş ölkələrin nümayəndələri iştirak edir. Tədbirdə ilk olaraq, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov çıxış edib.

Bu barədə musavat.com-a seminarda iştirak edən Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus məlumat verib. O, siyasi məhbuslarla bağlı yaratdığı Repressiyalara qarşı Müqavimət Mərkəzinin verdiyi bəyanatın bütün seminar iştirakçılarına verildiyini qeyd edib: “Bu gün ki seminarda ilk olaraq, Oqtay Əsədov çıxış etdi. Daha sonra çıxış edənlər çıxışlarını bizim verdiyimiz bəyanatın üzərində qurdular. Onu da qeyd edim ki, seminardan əvvəl verdiyimiz bəyanat bütün iştirakçılarla paylandı. Sonra Joze Manuel Barrozu olan zaman bizim mərkəzdən gələrək, zalda iki plakat açdılar. Orada mən çıxış etdim. Çıxışımda Sülh və Demokratiya İnstitutunun rəhbəri olduğumu, sovet dövründən insan hüquqlarını müdafiə etdiyimi bildirdim.

Qeyd etdim ki, hazırda Azərbaycanda vəziyyət olduqca acınacaqlıdır. İyunun 12-nə olan məlumata görə, Azərbaycanda 130 nəfər siyasi repressiya qurbanı var. Onlardan 40-ı vicdan məhbusu, 90-ı siyasi məhbusdur. Vicdan məhbusları arasında 11 jurnalist və bloger, 4 hüquq müdafiəçisi, 11 gənc fəal var. Onların əksəriyyəti ABŞ və Aİ ölkələrində təhsil alıb, 2 nəfər qərbyönlü müxalifət lideri, 12 nəfər dindardır. Bütün bunları olduğu kimi, seminar iştirakçılarının diqqətinə çatdırdım. Tofiq Yaqublu, İlqar Məmmədov, Anar Məmmədli, Yadigar Sadıqov və başqa məhbuslarımızın hamısının şəkillərini göstərdim. Dedim ki, hansı gələcəyin inkişafından danışırsınız? Hansı azadlıqlardan danışırsınız? Bu avdoritar, kriminal rejim Azərbaycanı hara bilər? Orada ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza da var idi. Çıxışımda onu göstərərək, Azərbaycanda vaxtilə səfir olduğunu qeyd etdim.

Daha sonra bildirdim ki, Metyu Brayza İlham Əliyevi Azərbaycanda olan vəziyyətlə yaxından tanış olan bir insan kimi, dəstəklədiyinə görə utanmalıdır. Onun üzünə qarşı dedim ki, “siz utanmalısınız”.
Leyla Yunus Qarabağ mövzusunda da çıxış etdiyini bildirdi: “Seminardakı çıxışımda Qarabağ mövzusuna da toxundum. Sülh və Demokratiya İnstitutunun 2005-dən Qarabağla bağlı işlədiyini dedim. Bizim proyektimiz var idi. Onun nəticəsi olaraq, Rauf Mirqədirovun “erməni casusu” kimi tutulduğunu dedim. Çıxışımda erməniləri təbrik edərək, üzümü onlara tutdum və dedim ki, sizlərin Azərbaycanda nə qədər casusunuzun olduğundan xəbəriniz yoxdur. 15 dəqiqədən çox danışdım. Axırda dedim ki, siyasi məhbuslarımız həbsxanada, biz isə azadlıqda girovuq. Misal olaraq, Mətanət Əzizovanın ailəsinin girov olduğunu iştirakçıların diqqətinə çatdırdım. Bu ölkənin gələcəyinin olmayacağını bildirdim. Çünki kimlər öz azadlıqları, hüquqları uğrunda mübarizə aparırsa, həbsxanaya salındığını dedim”.
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı