Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Meksikada daha bir kütləvi məzarlıq aşkarlanıb

Meksikanın Verakrus ştatında kütləvi məzarlıq aşkarlanıb.

BBC-nin verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları məzarlıqdan 28 cəsəd qalığı tapıblar.

Faktla bağlı araşdırma aparılır. İnsanların nədən öldüyünü dəqiqləşdirilməyən prokurorluq yeni cəsədlərin aşkarlanmasını istisna etməyib.

Məlum olduğu kimi, Verakrus ştatı Meksikanın ən təhlükəli bölgələrindəndir. Mərkəzi Amerikadan olan miqrantların ABŞ-a yolu məhz buradan keçir. Narkokartellər ilə əməkdaşlıqdan imtina edənlər isə bir qayda olaraq ölüm təhlükəsi ilə üzləşirlər. Üstəlik, ölkənin mafioz qrupları öldürdükləri düşmənlərini adətən kütləvi məzarlıqlarda basdırırlar.
1310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP