Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Namaz qıldığına görə işdən çıxardılar

O, şirkətin dükanlarından birinin ət satışı bölməsində çalışırdı. Lakin rəhbərlik və həmkarlarının namaz qılmasına həqarət və narazılıqla yanaşdığını hiss edirdi. Nəhayət, bir gün işçilərdən biri ona hədə ilə ”bura sənin üçün məscid deyil” - söylədi. Rəhbərliyə şikayət etsə də, nəticə olmadı. Əksinə, rəis ona namaz qılmaq üçün şərait yaratmaqdan imtina etdi. Sonra isə onu heç bir səbəb olmadan işdən çıxardılar.

Hadisə ABŞ-ın Filadelfiya ştatının Qlen Mills şəhərində baş verib. “Whole Foods” şirkətini məhkəməyə verən müsəlman Robert Qrin vətəndaş hüquqlarının pozulması və ona dəymiş mənəvi ziyana görə təzminat tələb edir. Eyni zamanda, yenicə müsəlmanlığı qəbul etmiş Robert məhkəmənin şirkət haqqında elə bir qərar çıxarmasına nail olmağa çalışır ki, bundan sonra rəhbərlik öz işçilərinin nahar fasiləsi zamanı ibadət etmələrinə şərait yaratmaqdan imtina edə bilməsin.

Amerika müsəlmanının şikayəti ilə bağlı məhkəmə prosesinin başlayacağı tarix hələ ki, açıqlanmayıb./həftə/
1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber