Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

İmam Hadinin məqbərəsinin yaxınlığına iki raket düşüb

İmam Hadinin məqbərəsinə iki raket atılıb, 14 nəfər ağır yaralanıb
Təkfirçilər İraqın Samirə şəhərində 10-cu imamın məqbərəsini raketlərdən hədəfə alıblar

Təkfirçilər İraqın Samirə şəhərində 10-cu imamın məqbərəsini raketlərdən hədəfə alıblar. Atılan iki raket məqbərənin yaxınlığına düşüb və nəticədə 9 polis və təhlükəsizlik qüvvəsi, həmçinin, 6 mülki şəxs yaralanıblar. “İraq-Şam İslam Dövləti” (DAİŞ) təkfirçilərinin hücumları digər şəhər və əyalətlərdə də davam edib.

Sözügedən terror qruplaşması Diyala əyalətinin əl-Əzim bölgəsində içində külli miqdarda kənd təsərrüfatı məhsulları olan anbarları yandırıb. Yerli rəsmilər dəyən ziyanın İraq valyutası ilə 15 milyard dinar təşkil etdiyini deyiblər.

İraq silahlı qüvvələrinin Ali komandanlığının sözçüsü Qasim Əta Beyci neft emalı zavodu yerləşən bölgədə gedən döyüşlərdə 40-dan artıq “DAİŞ” üzvünün öldürüldüyünü bildirib.

Əl-İshaqi bölgəsində də “DAİŞ”in liviyalı lideri Əbu-Təlhə əl-Libinin öldürüldüyünü qeyd edilib./salamnews/
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber