Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

İranla ABŞ-ın İraq məsələsində əməkdaşlığını qeyri-mümkündür

İraqa hərbi qüvvə göndərmərik və bu məsələdə ABŞ-la əməkdaşlıq etməyəcəyik – iranlı general

Ayətullah Sistaninin İraqda terrorçulara qarşı mübarizə barədə fətvası var. İraqlılar problemlərini özləri həll etməyə qadirdirlər.

İRNA agentliyinin verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi bildirib.

O, jurnalistlərin suallarını cavablandırarkən İranla ABŞ-ın İraq məsələsində əməkdaşlığını qeyri-mümkün sayıb: “ABŞ-la İran arasında əməkdaşlıq əsla baş tutmayacaq. Bu fikir kökündən yanlışdır. DAİŞ-ə gəldikdə isə, bu təşkilat Hillari Klinton ABŞ dövlət katibi olarkən yaradılıb.”

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani ötən gün ölkənin Lorestan əyalətinə səfəri zamanı İraqdakı müqəddəs yerlərin müdafiəsi üçün bütün səylərin göstəriləcəyini bəyan edib./SalamNews/
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı