Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2014

“İŞİD” kimyəvi silah istehsalı mərkəzini ələ keçirib

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Wall street journal qəzeti məlumat yayıb.
Məlumata görə, paytaxt Bağdaddan 70 km şimalda yerləşən “Əl Mütənna” zavodunda köhnə kimyəvi silah saxlanılır. Kimyəvi silah istehsalı mərkəzinin silahlıların nəzarətinə keçməsi Amerikanı ciddi narahat edib, lakin ABŞ administrasiyasının nümayəndələri hesab edir ki, silahlılar ələ keçirdikləri materiallardan kimyəvi döyüş silahı istehsal etmək iqtidarında deyillər.
Qeyd edək ki, “Əl Mütənna” zavodunda İran-İraq müharibəsi (1980-1988-ci illər) dövründə zarin, VX, iprit kimi öldürücü kimyəvi maddələr daxil olmaqla müxtəlif növ kimyəvi silahlar istehsal olunub.
Müharibədən sonra zavoda baş çəkən beynəlxalq müfəttişlər kimyəvi maddələrin bunkerlərdə saxlanıldığını və onların təhlükə yaratmadığını bildiriblər.
1147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber