Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Qahirədə toqquşmada 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Misirin paytaxtı Qahirədə sabiq prezident Məhəmməd Mursinin tərəfdarları və polis arasında toqquşmada 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, "Müsəlman qardaşları" hərəkatının fəalları cümə namazından sonra bir il əvvəl devrilmiş prezident Məhəmməd Mursiyə dəstək yürüşü keçirmək istəyiblər.

Yerli sakinlər buna qarşı çıxdıqda isə qarşıdurma yaranıb. Hadisə yerinə gələn polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Hadisə zamanı ölən iki gənc isə odlu silahdan açılan atəş nəticəsində dünyalarını dəyişiblər.
1044 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18<