Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Qafqaz Universitetində yanğın olub

Ötən gecə Qafqaz Universitetində yanğın olub.

Hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.

Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmov bildirib ki, yanğın universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb./apa/
1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı