Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Ukrayna-Rusiya sərhədində keçid məntəqəsi hücuma məruz qalıb

Naməlum silahlılar Ukrayna-Rusiya sərhədindəki “İzvarino” keçid məntəqəsinə hücum edib.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bunu Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti sərhəd idarəsinin nümayəndəsi Vasili Malayev bəyan edib.

“Saat 22:30 radələrində (Moskva vaxtı ilə) Ukrayna sərhədçiləri Rusiyanın keçid məntəqəsinə keçərək naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qaldıqlarını bildiriblər. Sərhədçilərin arasında xəsarət alanlar da var”, deyə Malayev bildirib.

Onun sözlərinə görə, yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya göndərilib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Novoşaxtinsk keçid məntəqəsi Ukrayna ərazisindən minaatanlardan atəşə tutulmuşdu.
1026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10