Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Türk snayperi Fransada oğurlandı

Silahın istehsalçıları oğruların silahdan istifadə edə bilməyəcəklərini deyib

Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory” silah sərgisində Türkiyənin öz istehsalı olan “Bora-12” snayperi bu ölkəyə aid stenddən oğurlanıb. Türkiyə mətbuatının xəbərinə görə, silah xüsusi qıfıl altında mühafizə olunan qutusundan götürülüb. Hadisə barədə məlumat verən hüquq-mühafizə orqanları oğruların “alyen” adlı xüsusi açardan istifadə etdiyini bildirib.

Baş vermiş hadisəyə təəccübləndiklərini bildirən silahın istehsalçısı “Makina Kimya Sənayesi”nin əməkdaşları oğruların silahdan istifadə edə bilməyəcəklərini deyiblər. MKS əməkdaşları silahın tətiyinin aktiv vəziyyətdə olmadığını qeyd ediblər.

Paris polisi oğurluq faktı ilə bağlı araşdırmalara başlayıb.
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04
Kadırov: “Putin