Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Bilgəhdə su və zibil fəlakəti - Fotolar

Bakının Bilgəh kəndi susuzluqdan can verir.

Şikayət edən sakinlərin sözlərinə görə, yay-qış kənddə su tapmaq olmur. Bilgəhdə suyun bir maşını 10-15 manata başa gəlir.

Yayda suya tələbat artdığı üçün vəziyyət daha da dramatikləşir. Kimin həyətində su quyusu varsa, ona bu dünya cənnətdir. Sakinlərin sözlərinə görə, Bilgəhdə su problemi gülçülük təsərrüfatını da şikəst edib.
Kənd camaatı zibillik və baxımsızlıqdan da narazıdır. Bilgəhin tən ortasında yerləşən 1941-45 II Dünya müharibəsinə qoyulan abidənin yerləşdiyi park tamamilə sökülüb dağılıb. Kənd zibillik içərisindədir. Yalnız gözəgəlimli villaların, dəniz kənarındakı malikanələrin ətrafı zibil dağlarından təmizlənir.

Bilgəhlilər kənddə yerləşən kardioloji sanatoriyanın özəlləşdirilməsindən də narazıdır. Onlar deyirlər ki, sovet vaxtı fəhlələr də burada müalicə ala bilirdi. İndi 20 gün adi otaqda qalmaq, gündə 3 dəfə yemək və müalicə ən aşağısı 500 manata başa gəlir. Lüks şəraitdə otaqlar isə 630 manatdan başlayır. /axar/


1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı