Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Assanc: “Britaniyada mənə elektroşok veriblər”

“Vikiliks”in təsisçisi Culian Assanc jurnalistlərə Böyük Britaniyada həbsdə ona verilən işgəncələrdən və Ekvador səfirliyində necə gizləndiyindən danışıb.

Assanc iyunun 19-da jurnalistlərlə görüş keçirdib. Onun sözlərinə görə, ona 5 gün həbsxanada işgəncə, həmçinin elektroşok veriblər.

O, həm də iddia edir ki, anasının və uşaqlarının yaşadığı yerə təhdid zəngləri gəlib. Onun yaxınlarının əksəriyyəti ya adını, ya da yaşadığı yeri dəyişməyə məcbur olub.

Culian Assanc 2012-ci il iyunun 19-dan etibarən Ekvador səfirliyinin ərazisində gizlənib. O, bura onu cinsi cinayətdə günahlandıran İsveç ekstradisiyasından qaçmaq üçün gəlib. Assanc ona qarşı olan bütün ittihamları təkzib edib.

Xatırladaq ki, Assanc İsveç hökumətinin onu ABŞ Dövlət Departamentinin məxfi yazışmalarını yaydığına görə ölkəsinə verəcəyindən qorxur.
1175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04