Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Putin İraqın işğalını 11 il əvvəlki hadisələrə bağladı

Rusiya İraqın İŞİD-ə qarşı apardığı mübarizəni sonuna qədər dəstəkləyəcək.

Bu barədə Putin İraq Baş naziri Nuri Əl-Maliki ilə telefon danışığında deyib.

Putin İraq hökumətinin ölkə torpaqlarını terrorçulardan ən qısa müddətdə təmizlənməsi istiqamətində dəstək verib. Əl-Maliki də İraqda hərbi-siyasi vəziyyət və terrorla mübarizə məsələsində atacaqları addımlardan danışıb. İraq Baş naziri Suriyada döyüşən radikal qrupların sərhədi bir anda keçərək gəldiyini və bütün bölgə üçün təhdid olduğunu bildirib.

Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov mətbuata açıqlamasında Putinin yaxın günlərdə Obama ilə telefon danışığı apararaq, İraqı müzakirə edəcəklərini söyləyib.

Putin İraqdakı son hadisələri 2003-cü ildə ABŞ-ın liderliyi altında bu ölkənin işğalı ilə əlaqələndirir.
1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
Go to TOP