Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

İraq ordusu Beyci neft zavodunda DAİŞ-in onlarla silahlısını məhv edib

“İraq və Şamda İslam Dövləti” (DAİŞ) terror təşkilatının silahlıları Beyci neft emalı zavoduna yenidən hücuma keçməyə cəhd ediblər, lakin ağır itkilər verdikdən sonra geri qayıtmağa məcbur olublar.

SalamNews–un "SumariaNews”a istinadla verdiyi xəbərə görə, İraq ordusunun terrorla mübarizə dəstəsi ölkənin Səlahəddin əyalətində yerləşən zavod ətrafında gedən döyüşlərdə təşkilatın onlarla silahlısını məhv edib.

Ölkənin Terrorla mübarizə idarəsi burada DAİŞ-ə məxsus xeyli texnikanın sıradan çıxarıldığını bildirib.

Baquba şəhərinin şimalında isə təşkilatın bir lideri və onun dörd müavini öldürülüb.

Şiə türkmənlərinin yaşadığı Tələfrirdə isə təşkilatın yeddi üzvü məhv edilib.

Tələfririn bələdiyyə idarəsi hökumət ordusunun şəhərin əksər hissəsini nəzarətə aldığı barədə xəbər verib.

Xatırladaq ki, DAİŞ 12 gün əvvəl Mosulu ələ keçirdikdən sonra qarşıdurmalar Kərkük, Diyala və Səlahəddin əyalətlərinə keçib.
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44