Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

DAİŞ silahlıları Mosuldakı tarixi abidə və heykəlləri dağıdıblar

"İraq və Şamda İslam Dövləti" (DAİŞ) terror təşkilatına məxsus silahlıların dağıtdığı tarixi abidələr arasında İraqın iki əsr əvvəl yaşamış tanınmış musiqiçi Osman əl-Mosuli və Abbasi xilafəti dövründə yaşamış tanınmış şair Əbi-Təmmamın heykəlləri də var.

SalamNews–un "Reuters” agentliyinə istinadla verdiyi xəbərə görə, DAİŞ üzvləri Mosula girdikdən sonra XII əsrdə yaşamış filosof, tarixşünas və “əl-Kamil fit-Tarix” əsərinin müəllifi ibn-Əsir və digər taınmış alim İbnul-Cəzərinin məqbərələrini dağıdıblar.

Kərkükün cənubunda “İmam Rzanın məqamı” adlı məscidə də sözügedən təşkilat silahlıları tərəfindən basqın və hücumlar təşkil edilib. Lakin onların hücumu yerli camaatın müqaviməti sayəsində nəticə verməyib.

Bundan əvvəl amansız təkfirçilərin Danyal (ə) və Yunis (ə) peyğəmbərlərin Mosulda yerləşən məqbərələrinə basqın etmələri təhlükəsizlik mənbələri və yerli camaat tərəfindən təsdiqlənib.
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19