Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

Bakıda gecə gəncin qanı axdı

21 yaşlı gənci ölümcül halda xəstəxanaya yerləşdiriblər

Bu gecə Bakının Sabunçu rayonu ərazisində 21 yaşlı gənci ölümcül halda bıçaqlayıblar. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsindən verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində baş verib.

Belə ki, 21 yaşlı Sərxan Əliyev qarın nahiyyəsindən bir neçə bıçaq xəsarətləri alıb. Onu küçədə yaralı halda tapıblar. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub. Hazırda yaralının vəziyyəti orta-ağırdır./ans/
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber