Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2014

İŞİD-ə qarşı 10 milyonluq ordu

Əli silah tutan şiələr Kərbəla, Nəcəf və Samirə şəhərlərini qorumaq üçün axın edir

İraqda bir sıra məntəqələri və şəhərləri ələ keçirən İŞİD terror təşkilatına qarşı müdhiş bir ordu toplanmağa başlayıb. Müqəddəs məkanların təhlükə altından olduğunu görən yerli və xarici ölkələrin vətəndaşları bu ölkəyə axın etməyə başlayıblar.
Məlumatlara görə, dünən Kərbəla şəhərində təhlükəsizliyi təmin etmək və İŞİD-ə qarşı mübarizə aparmaq üçün 6 milyon insan toplaşıb. Həmin şəxslər İmam Hüseynin (ə) məzarı yerləşən şəhəri qorumaq üçün İraqa qonşu ölkələrdən gələnlərdən ibarət olub.
Bundan başqa, İraqın Nəcəf və Samirə şəhərlərində də 2 milyon nəfərə yaxın şiə toplaşaraq, silahlanıblar. Onlar İŞİD-lə bağlı bəyanat verərək bildiriblər ki, şiələrin müqəddəs şəhərlərini terrorçuların ixtiyarına verməyəcəklər.
İrandan da 2 milyon insan könüllü olaraq Kərbəla, Samirə və Nəcəf şəhərlərini qorumaq üçün səfərbər olublar. Hökumətin dəstəyi olmadan bir araya gələn həmin insanlar Tehran iqtidarından onlara silah verilməsini xahiş ediblər. Əks təqdirdə, əliyalın da olsa, İraqa keçərək oradan silah əldə edərək, müqəddəs şəhərlərin qorunmasında iştirak edəcəklərini bildiriblər.
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20