Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

60 TIR sürücüsü qaçırıldı

60 misirli TIR sürücüsü silahlı şəxslər tərəfindən qaçırılıb

Liviyanın şərqindəki Əcdəbiyə şəhərində 60 misirli TIR sürücüsü silahlı şəxslər tərəfindən qaçırılıb

Misirin qərbindəki Nil Delta sürücülər dərnəyi tərəfindən verilən açıqlamada, 60 sürücünün Tobruk-Əcdəbiyə şəhərləri arasında silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilib.

Silahlı şəxslərin əl-Mağrəbi qəbiləsindən olduğu deyilir. Onlar sənədsiz silah gəzdirdiyi və Misirə icazəsiz daxil olduğu üçün 25 illik həbs cəzasına məhkum olan qəbilə üzvü Məhəmməd Səlamə əl-Mağrəbinin sərbəst buraxılması tələb edirlər.

Silahlılar Mağrəbinin azad edilməyəcəyi halda, sürücülərin də azad olmayacağını bildiriblər.

Misir və Liviya rəsmiləri isə mövzu ilə bağlı hələ ki, heç bir açıqlama verməyiblər.

Qeyd eədk ki, ötən cümə axşamı günü eyni qəbilənin üzvləri Liviyanın Berka şəhərində Misir vətəndaşı olan 80 sürücünü girov götürmüşdülər./ans/
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber