Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı

Gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir

Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza ötən gün səhər saatlarında Ələt-Astara yolunda qeydə alınıb.

Hadisə “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı avtomobilin toqquşması nəticəsində baş verib. “Vaz 21015”in içərisində 5 gənc olub.

Qəza nəticəsində “Vaz 21015”- sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və onun yanında olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyev dünyalarını dəyişiblər.

“Vaz 21015”- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.

Salyan rayonu Xərəc kəndinin sakinləri olan gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir.

“Prado”-da isə bir nəfər sürücü olub. Onun hadisə nəticəsində xəsarət almadığı bildirilir.

Şahidlərin bildirdiklərinə görə, hadisə “Prado” markalı avtomobilin yoldan çıxması nəticəsində baş verib./ans/
1296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01