Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

Dünya Çempionatı: Keçən günün nəticələri

Braziliyada davam edən futbol üzrə Dünya Çempionatının ikinci turu çərçivəsində F qrupunda Argentina və İran yığmaları qarşılaşıb.

Lionel Messinin əlavə olunmuş vaxtda İran yığmasının qapısına vurduğu qol Cənubi Amerika komandasının turnirin pley-off mərhələsinə çıxmasını təmin edib. 
Bunu da qeyd edək ki, hakim İranın xeyrinə olan 100 faizlik 11 metirlik zərbəyə göz yumub.

2-ci tur
F qrupu

Argentina – İran – 1:0
Qol: Messi, 90+1

Almaniya – Qana – 2:2

G qrupunda Almaniya və Qana yığmaları arasında gərgin 2:2 hesabı ilə nəticələnib.

2-ci tur

G qrupu

Almaniya – Qana – 2:2

Qollar: Getse, 51; Kloze, 71 – Ayu, 54; Gyan, 63

Nigeriya - Bosniya Herseqovina - 1:0

"F" qrupunda II turun son oyununda Nigeriya ilə Bosniya və Herseqovina komandaları üz-üzə gəliblər.

İlk turda qalib gələ bilməyən komandalar 1/8 finala yüksəlmək şanslarını çətinə salmamaq üçün qalib gəlməyə borclu idilər. Xüsusilə, avropalılılar üçün xal itkisi daha ağır nəticələnə bilərdi.

Oyunda ilk qol Nigeriyadan gəlib. Peter Odemşiqenin atdığı qolla Nigeriya yığması önə keçib.

Matçın ikinci yarısı olduqca gərgin keçib. Nigeriya və Bosniya Herseqovina komandaları hücum taktikasına üstünlük veriblər. Amma, buna baxmayaraq oyunda başqa qol olmayıb. Beləcə "F" qrupunda II turun son oyununda Nigeriya qalib gəlib.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı