Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

İranda milli internet sistemi yaradılır

Bu haqda İranın Rusiyadakı səfiri Mehdi Sənani məlumat verib
İranda milli internet sistemi hazırlanır. Bu haqda İranın Rusiyadakı səfiri Mehdi Sənani məlumat verib. "Biz interneti inkişaf etdirməyə hazırlaşırıq", - o deyib və qeyd edib ki, ölkə virtual məkana böyük əhəmiyyət verir.
"Düşünürəm ki, İran və Rusiya kimi ölkələr internetin faydasını düzgün qiymətləndirirlər. Amma İran və Rusiyanın öz dəyərləri, öz mədəniyyəti, öz xüsusi prinsipləri var", - deyə səfir vurğulayıb.
Onun fikrincə, gənc iranlılar Qərb virtual məkanının ədəbsiz təsirinə və mədəni xaosun təbliğatına məruz qalıblar.
Sənani əmindir ki, milli internetin inkişafı virtual məkanın inkişafı üçün ən optimal yollardan biridir.
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber