Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

Qan təzyiqindən xilas olmaq yolu

Qan təzyiqinin azalmasını təmin edən mexanizm tam aydın deyil.
Yüksək qan təzyiqi günümüzdə ən çox yayılan xəstəliklərdəndir. Bu orqanizmdə infarkt, insult və digər problemlərə səbəb ola bilər. Əgər siz də bu xəstəlikdən əziyyət çəkirsinizsə, bilirsiniz ki, "rəqəmləri" normada saxlamaq üçün həyat tərzində ciddi dəyişikliklər etmək gərəkdir.
Pəhriz, natriumun aşağı miqdarı, fiziki məşqlər və minimal stress həkimlərin ilk tövsiyələridir. Rusiya mətbuatı xəbər verir ki, hazırda yüksək qan təzyiqi ilə mübarizə üçün yeni "silah" tapılıb. Burada söhbət əl izometriyasından gedir.
Kanadadakı McMaster Universitetinin elmi-tədqiqat qrupunun üzvləri qan təzyiqindən əziyyət çəkən pasientlərdən xahiş ediblər ki, espanderə bənzəyən alətlə məşqləri həftədə 6 dəfə yerinə yetirsinlər.
8-10 həftədən sonra stabil dieta və təyin olunmuş məşqləri yerinə yetirən pasientlərdə arteriyalarda təzyiqi göstərən sistolik təzyiq 15% aşağı düşüb. Diastolik göstəricilər isə 3 nöqtə üzrə azalıb.
Digər müalicə növləri ilə müqayisədə bu metod əhəmiyyətli inkişaf göstərib.
Tədqiqatın rəhbəri professor Mauren MakDonald deyir ki, qan təzyiqinin azalmasını təmin edən mexanizm tam aydın deyil. Çox ehtimal ki, bu, ürəyin və qan damarlarının sinir nizamlanması ilə əlaqədardır.
Tədqiqatın əsasında hələ 1960-cı illərdə tətbiq edilən metodika dayanır. O zaman pilotlar yüksəklikdə təzyiqin zərərli təsirlərindən qaçmaq üçün espander istifadə edirdilər.
Həkimlər bu metodu ənənəvi müalicə ilə əvəzləmək niyyətində deyillər. Bu, yalnız əsas müalicə metodlarına effektiv əlavə ola bilər. Əsas odur ki, avadanlıq ələ yatsın və çox ağır sıxılmasın. Əks təqdirdə, iki dəqiqədən sonra məşqi davam etdirmək üçün pasientin gücü qalmaz.
Espanderin istifadəsi ilə bağlı məsləhətlər:
- Əl espanderini sıxdıqda beş saniyə gözləyin, sonra buraxın
- Hərəkəti iki dəqiqə ərzində davam etdirin, sonra iki dəqiqə istirahət edin.
- Hərəkəti digər əlinizlə də təkrar edin.
- Hərəkəti hər əlinizlə dörd dəfə təkrarlayın.
- Bir müddətdən sonra espanderi beş saniyədən də artıq sıxıb saxlayın.
- Hərəkətləri həftədə minimum üç dəfə edin.
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı