Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

İraqda İŞİD-ə qarşı hərbi yürüş keçirib

Minlərlə iraqlı ölkədə müqəddəs yerləri qorumaq üçün hərbi yürüş keçiriblər.

Onlar dini lider Moqtada əl-Sədrin çağırışından sonra nümayiş keçirməyə qərar veriblər.

Ən böyük nümayiş Bağdadın şimalında olan Sədr şəhərində keçirilib. Minlərlə iraqlı əllərində silah hərbi geyimdə yürüşə qatılıb. Mitinq keçirən İraq vətəndaşları ölkənin müqəddəs yerlərini qorumağa and içib.

Həmin şəhərdə 10 mindən çox döyüşçü İŞİD (İraq Şam İslam Dövləti) vəhhabi terrorçularına qarşı könüllü vuruşmaq üçün İraq təhlükəsizlik qüvvələrinə qoşulub.
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP