Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

Misirdə “Müsəlman qardaşlar"ın 183 üzvü edama məhkum edilib

Təşkilat üzvləri zorakılıqlarda, əl-Ədəvə polis məntəqəsinə hücumun həyata keçirilməsi və polis işçilərinin qətlində təqsirləndiriliblər

Misirin əl-Minya əyalətinin ağır cinayətlər məhkəməsi “Müsəlman Qardaşlar”ın 183 üzvülə bağlı edam hökmü çıxarıb. İnterAz-ın Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, “Müsəlman Qardaşlar”ın üzvləri ötən il əyalətdə törədilən zorakılıqlarda, əl-Ədəvə polis məntəqəsinə hücumun həyata keçirilməsi və polis işçilərinin qətlində təqsirləndiriliblər.

Bildirək ki, “Müsəlman Qardaşlar”ın lideri Məhəmməd Bədiyə qarşı bu edam hökmü ikincidir. Belə ki, lider əl-Cizə bölgəsindəki zorakılıq aktlarının həyata keçirilməsində də əsas şəxs kimi ittiham edilib.

Qeyd edək ki, Misirin əl-Minya ağır cinayətlər məhkəməsi ilk qərarında 683 nəfərə qarşı edam hökmü çıxarmışdı ki, məhkəmənin növbəti iclaslarında digərlərinə bəraət verilib.
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
Go to TOP