Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2014

Suriyada öldürülən Azərbaycanlı vəhhabinin kimliyi məlum oldu

Suriyada öldürülən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyunun 9-da Suriyanın Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində həlak olan azərbaycanlı terrorçu Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü İlqar Çingiz oğlu Əliyev olduğu müəyyən edilib.
Onun bir müddət əvvəl Azərbaycanı tərk edərək Suriyaya getdiyi və “İraq Şam İslam Dövləti” silahlı terorçularına qoşulduğu bildirilir.

Xatırladaq ki, İ. Əliyevin öldürülməsi barədə azərbaycanlı terrorçular 10 gün əvvəl sosial şəbəkələrdə məlumat yayıblar. Terrorçular İ. Əliyevin meyitinin fotosunu da paylaşıblar.

Polis əməkdaşları məhz bu fotonun köməkliyi ilə onun şəxsiyyətini müəyyən edə biliblər.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb./apa/
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber