Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

Ermənilər daha bir dinc azərbaycanlı sakini güllələyiblər

Ermənistan Silahlı Qüvvələrinin əkin sahələrini atəşə tutması nəticəsində bir nəfər dinc sakin yaralanıb.

Düşmən Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin Qapanlı kəndi üzrə İcra Nümayəndəliyindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yaralı Tərtər MRX-ya çatıdırılıb. Həkimlər yaralını əməliyyat ediblər. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir./apa/
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,