Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Elşad Abdullayevin həbsi yenidən gündəmdə

Gülər Əhmədova üçün isə Ukrayna Konstitusiyasından sübutlar gəlib
Aznews.az-a daxil olan məlumata görə, G.Əhmədovanın vəkili icazəsiz videoçəkilişdən məhkəmədə sübut kimi istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh almaq mümkün olmayıb.
Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə bağlı Ukrayna Konstitusiya Məhkəməsini şərhindən istifadə etməyi nəzərdə tutub.

Sayt xəbər verir ki, sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili Raqif Mustafayev tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın vəkili kimi çıxış etmədiyindən sözügedən şərhdən hansı formada istifadə ediləcəyi hələlik məlum deyil. Xəbəri təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə Ukrayna Konstitusiya Məhkəməsini şərhini o, şəxsi təşəbbüsü ilə əldə edib:

“Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və Azərbaycan konstitusiyaları oxşardır. Bizim Konstitusiya Məhkəməsindən fərqli olaraq Ukraynanın Konstitusiya Məhkəməsi qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə prosesində istifadə nəzərdə tutulurdu. Ancaq mən daha Gülər Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə istifadə edəcəyini isə söyləyə bilmərəm”.

Baş Prokurorluq isə Gülər Əhmədovanın Elşad Abdullayevin Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilməməsi barədə səsləndirdiyi iddialara cavab verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağı barədə Baş Prokurorluğun rəhbərliyi tərəfindən mövqe bildirildiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib: “Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq”.

Son məhkəmə iclasında Gülər Əhmədova Elşad Abdullayevin məhkəməyə gətirilməsini və ifadəsinin alınmasını tələb edib. Belə olan halda, Baş Prokurorluq G.Əhmədovanın bu tələbini nəzərə alıb, öz əməkdaşlarını Fransaya ezam edə bilərmi?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev modern.az saytına açıqlamasında hüquqi baxımdan Elşad Abdullayevin ifadəsinin alınmasının mümkün olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanla Fransa arasındakı qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə əsasən, Fransaya gedib Elşad Abdullayevin ifadəsini almaq olar. Bundan başqa, oradakı müvafiq qurumlarla əlaqə saxlayaraq və ya istintaq qrupunun üzvləri ora gedərək ABU-nun keçmiş rektorunu dindirmək mümkündür.

“Azərbaycan ekstradisiya haqqında konvensiyaya qoşulub. Həmin konvensiyaya əsaslanaraq, Elşad Abdullayevin Azərbaycana ekstradisiyasını da reallaşdırmaq olar. Təbii ki, artıq bununla bağlı Baş Prokurorluq Fransanın müvafiq orqanlarına müraciət edib. İndi həmin müraciətin cavabı gözlənilir. Bundan sonrası Fransa hökumətinə məxsusdur. Fransa öz qərarını verməlidir”.

Hüquqşünas bildirib ki, ortada kifayət qədər ciddi ittihamlar olduğundan Qərbdə də belə cinayətlər üzrə ittiham olunan şəxslər ekstradisiya edilir. Onun sözlərinə görə, ortada korrupsiya, insan orqanlarının qanunsuz transplantasiyası kimi ittihamlar olduğundan çox güman ki, müvafiq qərarlar qəbul olunacaq.

“Əgər həmin şəxsin şahid qismində ifadəsi alınacaqsa, o zaman Fransanın Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir. Qarşılıqlı hüquqi yardım haqqında qanuna görə, şahid müstəntiq tərəfindən dindirilir və yaxud da dövlətin müvafiq qurumunun nümayəndəsi dindirməni həyata keçirir. Əgər təqsirləndirilən şəxs qismindədirsə, vəziyyət fərqli olur. Onda ekstradisiya ilə bağlı məsələlər meydana çıxa bilər”.
1616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41