Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

Ukrayna hər il 33 milyard itirəcək

Rusiyalı ekspertlər Ukraynanın qarşıdurmadan hər il itirəcəyi mümkün məbləğin miqdarını açıqlayıblar.

Bu barədə Rusiyanın "Rosbalt" informasiya agentliyində geniş açıqlama yer alıb. Rusiyalı ekspertlərin qənaətinə görə, Kremllə qarşıdurma Ukrayanaya hər ilə 33 miyard dollara başa gələ bilər. Ekspertlər əsas səbəblərdən biri kimi rəsmi Kiyevlə Avropa Birliyi arasında imzalanması gözlənilən assosiyasiya sənədinin təsdiqinin ertələnməsini, digər səbəb kimi isə Rusiyada çalışan ukraynalı miqrantların evlərinə əvvəlki illərdən az miqdarda vəsait köçürməyə məcbur olduqlarını göstəriblər.

Qeyd edək ki, hazırda Rusiya ərazisində yaşayan ukraynalı miqrantların sayı 1,1 milyon nəfərə çatır.

Ekspertlərin fikrincə, ən böyük zərbə Ukrayna məhsullarının Rusiya ərazisinə aparılmasının qarşısının alınmasıdır. Bu sahədən dəyəcək ziyan nə az, nə çox, 15 miyard dollar civarında göstərilir.
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:37