Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

300 dollara görə islamdan imtina qalmaqalı böyüyür

Həmid Herisçi geri çəkilmir, Amerika səfirliyi təkzib edir

Qəzetimizin ötən saylarından birində tanınmış yazar Həmid Herisçinin “İran casusu” adlı yazısındakı ilginc iddiadan bəhs etmişdik. H.Herisçi Azad Yazarlar Ocağının(AYO) bəzi üzvlərinin İslamdan imtina etmək qarşılığında ABŞ səfirliyindən 300 dollar aldığını yazmışdı:

“Rafiq (Tağı-red.) qazamatda yatanda Amerika səfirliyinə bağlı qüvvələr ölkədə ”İslamdan imtina!" kampaniyasına başladılar və biz AYO-çuları Bakı Mətbuat Mərkəzinə yığdılar. Yadımdadır, orda bir şəxs iclas vaxtı ayağa qalxıb üzünü Amerika səfirliyinin nümayəndələrinə tutdu: “Sizə xatırlatmaq istəyirəm ki, burdakı yaradıcı şəxslər məlum hadisələr nəticəsində islamdan imtina ediblər. Səfirlik də onları maddi cəhətdən dəyərləndirmək qərarına gəlib. Növbəylə gəlin bura”. Bu xitabdan sonra qələm dostlarımın Amerika səfirliyi tərəfindən 300 dollar məbləğində mükafatlandırıldığını görmək, düzü, çox sarsıdıcı, lap gözlənilməz oldu mənim üçün".

Yazı dərc edilən gün bəzi AYO üzvləri buna cavab verərək, H.Herisçinin dediklərini rədd etdilər. “Yeni Müsavat” mövzu uzandığı üçün növbəti dəfə ABŞ səfirliyinin mətbuat xidməti ilə əlaqə saxladı. Mətbuat xidmətindən bildirdilər ki, H.Herisçinin bu iddiası absurddur.

Bu arada “Yeni Müsavat” H.Herisçinin özünün də qatıldığı BMM-dəki həmin tədbir barədə detalları əldə etdi. Dəqiqləşdirməmizə görə, söhbət Elmar Hüseynov Fondunun ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə jurnalist araşdırmaları üçün keçirdiyi müsabiqənin birinci turuna həsr olunmuş tədbirdən gedir. 2007-ci ildə baş tutan bu tədbirdə həmin vaxt AYO üzvü olmuş Qan Turalı, eləcə də Nərmin Kamal mükafatçılar sırasında olub. Qaliblərdən qəzet jurnalistlərinin hər birinə 300 dollar, televiziya işçilərinə isə 500 dollar ayrılıb.

Jurnalistlər martın 2-dək qalib olduqları nominasiyalar üzrə araşdırma yazılarını münsiflər heyətinə təqdim etməli idilər. Onlardan birinə Elmar Hüseynov mükafatının veriləcəyi nəzərdə tutulmuşdu və həqiqətən də ikinci turun yekununda bu baş verdi.
“Yeni Müsavat” xatırladır ki, həmin tədbirdə H.Herisçi də iştirak edib və orada gedən İslamla bağlı müzakirələrə qatılıb. Ehtimal edilir ki, tanınmış yazar tədbirdə baş verənləri (çünki orada da qaliblərə 300 dollar mükafat verilib-müəl.) ya yanlış anlayıb, ya unudub, ya da tamam başqa bir tədbirdən danışır.

Sözügedən məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür.

http://www.mediaforum.az/az/2007/12/17/ELMAR-H%C3%9CSEYNOV-M%C3%9CKAFATI-%C3%9C%C3%87%C3%9CN-KE%C3%87%C4%B0R%C4%B0L%C6%8FN-M%C3%9CSAB%C4%B0Q%C6%8FN%C4%B0N-090632451c00.html

İddia ilə bağlı yaranmış anlaşılmazlıqları H.Herisçi ilə dəqiqləşdirmək istədik. Yazar musavat.com saytında yayımlanan “Susmaq qızıl deyil” adlı yazısı ilə bu məsələyə geniş cavab verdiyini dedi. Müəllif yazısında bunları bildirir: “Azərbaycan teleməkanında transmilli şirkətlər tərəfindən bir başqa, daha qorxulu bir layihə də sınaqdan çıxarılır- bu, Stenford Universitetinin hazırladığı ”CHANGING IMAGES OF MAN", yəni “insan psixikasını dəyişmək” layihəsidir ((“Contract Number URH (489)-2150 Policy Research Report Number 4/4/74, Prepared by SRI Center for the Study of Social Policy, Director Willis Harmon”). Stenford Universitetinin psixoloji araşdırmalarının işinə bu sənəd “Kontrakt № URH (489)-2150" qrifiylə daxildir, müəllifi Uillis Harmon adını daşıyır.

Adını çəkdiyim reytinqölçən bax bu şirkət də həmin bu layihəni nəzarətdə saxladığı televiziyalar, saytlar, xəbər agentlikləri vasitəsiylə həyata keçirir. Müəllifləri isə elə bizim Azad Yazarlar Ocağı kimi sahibsiz ünvanlarda axtarır. “Azad yazarlarımız” çoxdan, özləri də bilmədən həmin şirkət tərəfindən idarə olunurlar. Buna konspiroloji dildə “anonim idarəetmə metodu” deyilir.

“Rafiq Tağı olayları” zamanı başlanan “İslamdan imtina!” kampaniyası da, fikir verin, məhz bu vaxtlara təsadüf edir. Həmin kampaniya “CHANGING IMAGES OF MAN” layihəsinə tam uyğun şəkildə aparılırdı. “Azad Yazarlar Ocağı” üzvlərindən bəzilərinin bu layihə çərçivəsində 300 dollar mükafat alması da, yadımdadı, elə o vaxtlara düşürdü".
H.Herisçi iddialarına “yox!” deyənlərə tələsməməyi tövsiyə etdi: “Tələsməsinlər. Sonra Amerika səfirliyinə mesaj ünvanlasınlar, səfirlikdən 2006-cı, 2007-ci ildəki maliyyə hesabatını tələb etsinlər, görsünlər niyə məhz bu şəxslərə o vaxt maliyyə yardımı ayrılıb.
Tələsməyin...hələ tələsməyin...Yadınızda qalsın-2009-cu ilin sonunda Azərbaycan dövləti rəsmiləri, Ramiz Mehdiyevin simasında bu “reytinqölçən televiziya şirkəti”ni xeyli tənqid edib...

Bu qədər... Sol əlim hamınızın başına.."

Əməkdaşımızla söhbətində isə yazar dedi ki, ümumiyyətlə yazar Günel Mövlud bu məclisdə olmayıb. (Xatırladaq ki, ötən yazımızda H.Herisçinin bu iddiasına cavab verib onu təkzib edənlərdən biri də G.Mövlud olmuşdu-müəl.) “Bəs konkret söhbət hansı yazardan gedir” sualına cavabda isə H.Herisçi dedi ki, ad çəkmək istəmir: “Bu bir mənəvi təmizlənmədir...kim istəyirsə, boynuna alsın... Qan Turalı barədə onu deyim ki, soğan yeməmisən, için niyə göynəyir? Peşəkarlar soyuqqanlı olur, mövzudan yayınma. Bədii yaradıcılığım barədə naşı fikirlərinlə mövzudan qaçma”.

H.Herisçi dedi ki, o, BMM-də Elmar Hüseynov Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdən danışmır və heç bir tədbiri də bir-birinə qarışdırmır: “Hələlik bunları yazın, sonra yenə danışarıq”./musavat/
1391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:51