Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

ABŞ Avropanı “İran məsələsi”ndə aldadıb

“2011-ci ildə sanksiyaların kuliminasiya nöqtəsində Amerikanın İrana ixracat miqdarı 55% artıb”.

Bu iddia ilə “Desert Sun” jurnalı çıxış edib. Jurnal ABŞ-ın Avropanı aldadaraq İrana qarşı sanksiyalar tətbiq etməyə məcbur etdiyini, amma digər bir tərəfdən isə özünün Tehranla münasibətlərinin inkşafına çalışdığını vurğulayıb:

“2011-ci ildə sanksiyaların kuliminasiya nöqtəsində Avropa Birliyinin ixracatı isə 77% azalıb. Avropalılar başa düşüblər ki, ABŞ-ın əvvəldə çox israr etdiyi sanksiyalar amerikalı şirkətlərinin xeyrinə, bu şirkətlərin avropalı rəqiblərinin isə zərərinə olub. Amerikalı rəsmilər sanksiyalar bəhanəsi ilə avropalıların İranla mübadilələri sahəsində bir çox maneələr yaradırdılar. Halbuki elə həmin bu rəsmilər müxtəlif qanuni vasitələrlə amerikalı şirkətləri İrana qarşı sanksiyalardan azad edirdilər. Avropalılar artıq hansı tələyə düşdüklərini anlayıblar. Görünür, köhnə qitə qisas kampaniyasına başlayıb”.
1434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber