Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

Polisin başından vurularaq öldürülməsi anbaan

Şübhəli şəxs polis patrulunu başından vuraraq qaçıb.

Hadisə Çeçenistanın paytaxtı Qroznının Leninski rayonunda baş verib. Polis əməkdaşı A. Dopaev şübhəli görünüşü olan bir şəxsi saxlayıb. Şübhəli şəxsdən sənədlərini tələb edən polis onun çantasını yoxlamağa başlayıb. Dərhal polisin arxasına keçən şübhəli şəxs çıxardığı silahla onu başından vurub. Polis hadisə yerindəcə ölüb. Həlak olan polis 39 yaşlı Alay patrul polisinin əməkdaşı olub.

Polis qatilin Maqomed Maqomedov Ramazanoviç olduğunu müəyyən edib və axtarışlara başlayıb.

Xatırladaq ki, hadisəyə kəskin reaksiya verən respublika rəhbəri Ramzan Kadırov qatilin tapılması üçün 10 milyon rubl və müxtəlif mükafatlar vəd edib.
1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber