Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

Üç erməni deputatının Bakıya gəlişi dəqiqləşdi

Ermənistan parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti iyunun 27-də Bakıya gələcək.
Azərbaycan Milli Məclisindən verilən məlumata görə, erməni deputatlar ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak edəcəklər.
Nümayəndə heyəti Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan, deputatlar Stepan Dəmirçyan, Stepan Marqaryan və Levon Doxolyandan ibarətdir.
Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə assambleyanın yay sessiyasının plenar iclası başlayacaq./apa/
1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP