Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

İraqda baş verənlər sünni-şiə davası deyil, hegemonların oyunudur

İraqda baş verənlər sünni-şiə davası deyil, hegemonların oyunudur – Ayətullah Xamenei

İraqda baş verən proseslər xalq hakimiyyəti və demokratiyaya qarşı atılan bir addımdır.

SalamNews–un "FarsNews”a istinadla verdiyi xəbərə görə, bunu İslam İnqilabının Ali Dini Lideri Ayətullah Xamenei bildirib.

O, ölkənin məhkəmə hakimiyyəti nümayəndələri ilə görüşərkən İraqdakı sabiq vəziyyətin ABŞ üçün münasib olmadığını və məhz bunun üçün təkfirçilərin hərəkətə keçirildiyini bəyan edib: “İraqda baş verənlər sünni-şiə müharibəsi deyil. Hegemonlar Səddam Hüseyn rejiminin qalıqlarından aparıcı qüvvə, radikal təkfirçilərdən isə piyada qoşunu kimi istifadə edərək İraqda sabitliyə və ölkənin ərazi bütövlüyünə zərbə vurmağa can atırlar. İraq xalqına qarşı qalxan fitnəkarlar şiələrlə yanaşı vətənpərvər və mömin sünnilərə qarşı da düşmənçilik edirlər. İraqdakı qarşıdurma onun ABŞ istilasında saxlanılmasının tərəfdarları ilə əleyhdarları arasında baş verir. Biz Amerikanın İraqa müdaxilə etməsinin qəti əleyhinəyik.”
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı