Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

Dəməşqin daha bir rayonunda sülh razılaşmasının icrasına başlanılıb

Suriyada hökumət və müxalifət silahlıları Dəməşqin şimalında yerləşən əl-Qabun rayonunda əldə etdikləri atəşkəs razılaşmasının icrasına başlayıblar

Suriyada hökumət və müxalifət silahlıları Dəməşqin şimalında yerləşən əl-Qabun rayonunda əldə etdikləri atəşkəs razılaşmasının icrasına başlayıblar. İnterAz-ın Əlcəzirə-yə istinadla verdiyi xəbərə görə, razılaşmaya əsasən radikal “ən-Nusra Cəbhəsi” və əcnəbi silahlılar bölgəni tərk etməlidirlər.

Razılaşmanın digər bəndlərinə əsasən hökumət ordusu da şəhəri təkr etməli, idarəetmə və nəzarət yerli müxalifətə tapşırılmalı, rayonun mühasirəsi qaldırılmalı, əhalinin şəhərə dönməsi üçün lazımi şəraitin yaradılması, ağır silahların hökumətə təhvil verilməsi və s. həyata keçirilməlidir.

Qeyd edək ki, son ildə Dəməşq və Homsda bu kimi mühüm atəşkəs razılaşmaları əldə edilib. Dəməşqin cənub-qərbində bir sıra rayonlar Bəbbila, Bərzə, əl-Əsali, əl-Qədəm rayonlarında da atəşkəs razılaşması əldə edilib.
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP