Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2014

Azərbaycan erməni hücumundan müdafiəyə hazırlaşır

Füzuli istiqamətində cəbhə xəttinə ağır texnika yeridilib və ciddi müdafiə tədbirləri həyata keçirilir.

Bu barədə Füzuli rayon Horadiz qəsəbə sakinləri məlumat veriblər. Xəbərdə deyilir ki, cəbhə boyunca səngər bərkitmə işləri aparılır, həmçinin erməni hərbi birləşmələrinin son aktivliyi ilə əlaqədar olaraq bütün döyüş nöqtələrində tam ciddi rejimə keçilib. Horadiz qəsəbəsinə isə çoxsaylı boş sərnişin vaqonları gətirilib. Sakinlər ehtimal edir ki, bu, düşmənin mümkün hərbi müdaxiləsi zamanı mülki əhalini təxliyə etmək məqsədi daşıyır.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən saytımıza verilən məlumatda isə yayılan informasiyanın həqiqətlə heç bir əlaqəsinin olmadığı bildirildi:

“Qoşunların təmas xəttində heç bir yerdəyişmə baş verməyib. Məlumat həqiqətə uyğun deyil”. /axar/
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber