Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Poroşenko Rusiyadan Ukraynaya müfəttişlər göndərilməsini təklif edib

Ukrayna prezidenti Pyotr Poroşenko rəsmi şəkildə Rusiyaya Ukraynadakı ATƏT-in müşahidəçi missiyasına müfəttişlər göndərməyi təklif edib.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Pyotr Poroşenko Almaniyanın kansleri Anqela Merkel ilə telefon danışığı zamanı bəyan edib.

“ATƏT-in müşahidəçi missiyasına qoşularaq, müfəttişlər atəşkəs rejiminə əməl olunmasını təsdiqləyə bilərlər”, deyə Poroşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində güc strukturları tərəfindən aparılan hərbi əməliyyatların iyunun 27-dək dayandırılacağını bəyan edib.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:21