Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Dünya çempionatı: Keçən gün oyunlarının nəticələri

III turun oyunları B qrupunda baş tutub.

Eyni vaxtda Avstraliya – İspaniya və Hollandiya Çili görüşləri keçirilib.

Autsayderlərin matçı olan ilk görüşdə tərəflər meydana imic xətrinə çıxıb. İspaniya bu oyunda 3 qol vuraraq, qrupu üçüncü yerdə başa vurub.

Hollandiya-Çili matçında isə qrupun liderinin kim olacağı müəyyən olunub. Daha təcrübəli Hollandiya 2:0 hesabı ilə qalib gələk, birinciliyi təmin edib.

Avstraliya - İspaniya - 0:3
Qollar: Vilya, 36; Torres, 69; Mata

Hollandiya – Çili - 2:0
Qollar: Fer, 77; Depay, 90+

A qrupundan Braziliya və Meksika növbəti mərhələyə keçib.

Bu görüşlərdən Xorvatiya – Meksika matçı daha böyük maraq doğursa da, meydan sahiblərinin növbəti mərhələyə yolu Kamerunla görüşdən keçib. Braziliyaya sadəcə heç-heçə kifayət etsə də, "top sehirbazları" Kamerunun qapısından 4 qol keçirərək qələbə qazanıblar. Afrika təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib.

1/8 finala keçən ikinci komanda Meksika olub. Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar. Xorvatlar bu qollardan ancaq birinin əvəzini çıxa biliblər.

Beləliklə, 1/8 finalda Braziliya Çili, Hollandiya isə Meksika yığması ilə üz-üzə gələcək.

A qrupu
Kamerun - Braziliya - 1:4
Qollar: Matip, 27 - Neymar, 17; 34; Fred, 50; Fernandinyo, 84

Xorvatiya - Meksika - 1:3
Qollar: Perisic, 87 - Marques, 72; Quadrado, 75; Hernandes, 82
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı