Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Müsəlman dünyasındakı terrorçular İsrailə dəstək verir

«Bəzi müsəlman ölkələri neftin pulu ilə terrorçulara dəstək verir»

İran İslam Respublikasının  prezidenti bəzi müsəlman ölkələrinə xəbərdarlıq edib. IRIB-in məlumatına görə, Həsən Ruhani bildirib ki, müsəlman dünyasındakı terrorçu qruplaşmalar Israilə dəstək verir:

“Bəzi müsəlman ölkələri neftin pulu ilə terrorçulara dəstək olur, ancaq həmin dövlətlər sabah sıranın onlara gələcəyini başa düşməlidirlər. Artıq heç kim Fələstin və Qüdsü düşünmür. Hazırda insanların qanına susayan vəhşilər uşaqları boğazlayır, gənc qızları kölə olaraq qaçırır, müsəlmanların evlərini başlarına uçurur, heç bir peyğəmbər və din adamına hörmət göstərmir. Bu da ağır faciədir. Bu gün müsəlmanların pis günü, təəssüf ki, sionistlərin yaxşı günüdür. Çünki sionistlərin pərdə arxasındakı rolu dəqiq olaraq ortadadır. Onlar müsəlmanları bir-biri ilə qarşı-qarşıya qoyaraq qırğın və ölümlərdən həzz alırlar. Sionistlər müsəlmanlar arasında savaş çıxarmaqla fələstinliləri rahatlıqla işgəncədən keçirməyə və Qəzzanı bombardmanları ilə məhv etməyə çalışır. Sionistlərin səbəb olduğu mühitdə artıq heç kimsə Fələstin və Qüdsü düşünmür bu iş üçün müxtəlif adlar altında Islam bayrağıyla insanların qanını axıdırlar. Sionist və barbarların şeytandan başqa bir məbudu yoxdur. Onlar Əfqanıstan, Pakistan, Iraq, Suriya və Livan başda olmaqla müsəlman dünyasında qırğınlar törədirlər”.
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10