Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Elmar Məmmədyarova çətin suallar

Nazir AŞ PA-nın sessiyasında insan haqlarının vəziyyəti barədə sorğulardan yayındı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edib. Elmar Məmmədyarov çıxışında iddia edib ki, korrupsiya ilə mübarizə Azərbaycan hökuməti üçün prioritetdir. Çıxışdan sonra nazirə suallar ünvanlanıb. Elmar Məmmədyarov üçün ən çətin suallar insan haqlarının vəziyyətilə ilə bağlı olub.
İnsan haqlarının vəziyyəti ilə bağlı suallar əsasən Britaniya, Isveç və Estoniyanın nümayəndələrindən gəlib. Elmar Məmmədyarov isə əsasən internet azadlığından danışaraq suallardan yayınmağa çalışıb.
Nazirə Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsilə bağlı sual da verilib. Elmar Məmmədyarov isə cavabında deyib: “Mən Strasburqdakı səfirə tapşırıq verəcəm ki, sizi Azərbaycan hökumətinin insan haqları sahəsində gördüyü tədbirlər barədə məlumatlandırsın. Sizdəki məlumatlar birtərəflidir. Və siz sual verərkən barmaq tuşlayırsınız. Sizin bu barədə bilməməyiniz görünür bizim səfirin səhvidir”.
Moldovadan olan deputat isə nazirə “Oliqarxlarla necə mübarizə aparırsız?” deyə sual edib. Elmar Məmmədyarov cavabında deyib: “Bütün ölkələrdə korrupsiya var, heç bir ölkədə tam demokratiya yoxdur”./azadlıq/
1256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:51