Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Suriyanın kimyəvi silahlarının hamısı məhv edilib

BMT və Kimyəvi Silahları Qadağan edən Təşkilatın birgə nümayəndəliyi Suriya hökumətinin həmkarlığı ilə ölkədəki kimyəvi silahların hamısının məhv edildiyini deyib

BMT və Kimyəvi Silahları Qadağan edən Təşkilatın birgə nümayəndəliyi Suriya hökumətinin həmkarlığı ilə ölkədəki kimyəvi silahların hamısının məhv edildiyini deyib.

İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə sözügedən təşkilatların dünənki bəyanatında məlumat verilib. BMT verdiyi bəyanatda kimyəvi silahların son yükünün artıq ölkədən çıxarıldığını bəyan edib. Bəyanatda Suriya hökumətinin yetərli əməkdaşlıq etdiyi bildirilib.

Bildirək ki, ötən ilin avqust ayında Dəməşqin Şərq-Quta bölgəsində kimyəvi silahların istifadəsi nəticəsində yüzlərlə insan həlak olmuşdu. Aidiyyatı təşkilatlar bu silahların kim tərəfindən istifadə edilməsini məlum edə bilməsələr də, Təhlükəsizlik Şurasınının 2118 qətnaməsinə əsasən Suriya hökumətinin kimyəvi arsenaldan tərksilah edilməsi qüvvəyə mindi.
994 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22