Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Malaziyada qeyri-müsəlmanlara Allah kəlməsini işlətmək qadağan edildi

Malaziya Federal Məhkəməsi qeyri-müsəlmanlara dini və publisist mətnlərdə “Allah” sözünü işlətməyi qadağan edib. Bu yolla ölkənin ən yüksək məhkəməsi keçən ilin oktyabrında buraxılmış apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Axar.az məlumat verir ki, Roma Katolik Kilsəsinin hesabına nəşr olunan həftəlik jurnal olan iddiaçı “Herald” xristian mətnlərində “Allah” sözündən istifadə edilməsinə qoyulan qadağanın qaldırılımasını hökumətdən tələb edib. Redaksiya bildirib ki, 1963-cü ildən bəri İncilin malay dilinə rəsmi tərcüməsində bu termindən istifadə olunub və digər tərəfdən malay dilində Allah mənasını verən başqa söz yoxdur. Lakin katoliklərin arqumentləri hakimləri razı sala bilməyib.

Belə görünür ki, Malaziyanın xristian əhalisi Tanrı mənasını verən yeni söz tapmalıdılar.
1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber