Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Hilal Məmmədovun həyatı təhlükədədir

Baş redaktorun hüquqlarını müdafiə komitəsi həyəcan təbili çalır
20 gün bundan əvvəl ağır vəziyyətdə olan bir dəri-zöhrəvi xəstəliyinin daşıyıcısını, həbsdə olan “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlandığı, 130 nəfərlik kazarmada onunla qonşu “koyka”ya yerləşdiriblər. Həmin məhkumun vəziyyəti sürətlə pisləşib, ağır və dözülməz formada xəstəliyi fəsadlar verməyə başlayıb və bu, digər məhkumların ciddi narahatlığına səbəb olub. Bu barədə H.Məmmədovun hüquqlarını müdafiə komitəsindən məlumat verib.
Məlumata görə, məhkumların etirazı nəticəsində həmin xəstə məhkum son anda xəstəxanaya köçürülüb: “Sözügedən xəstəlik infeksion olduğundan artıq qonşuluqda yerləşən “koyka”da yatan başqa bir məhkum xəstəliyə yoluxub. Həmin məhkum da Hilal Məmmədovla paralel “koyka”da yatır. Bu, asma xəstəsi və zəif immunetetə malik Hilal Məmmədovun həmin xəstəliyə tutulması riskini artırır. Məhkumların şikayətinə baxmayaraq ikinci xəstə məhkum xəstəxanaya köçürülmür. Bu azmış kimi, birinci xəstəni də yenidən geri qaytarıblar. Hazırda Hilal Məmmədov iki dəri-zöhrəvi xəstəliyi daşıyıcının arasında qalıb”.
Qeyd edək ki, H.Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, həmin cəzaçəkmə müəssiəsində çoxsaylı vərəmli xəstə, hepatitdən və hətta AİDS-dən əziyyət çəkən dustaqlar var.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti isə məsələ ilə bağlı sualı cavablandırmaqdan imtina etdi. Xidmətdən bildirildi ki, məsələyə yalnız email vasitəsilə cavab veriləcək./bizimyol/
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber