Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

38 ilin müəllimi evsiz-eşiksiz, səfalət içində yaşayır

Özünü “91-lər”dən sayan lerikli Hacıbaba Mirzəyev yerli məmurlardan şikayətlənir
Ucqar dağ rayonu olan Lerikdə 38 il müəllimlik edən Hacıbaba Mirzəyev (Dəmirçizadə) hazırda kirayədə və dözülməz şəraitdə yaşayır. Bu barədə H.Mirzəyev «bizimyol.info»ya ünvanladığı şikayət məktubunda yazıb. Bölgəyə ezam olunmuş əməkdaşımız H.Mirzəyevlə görüşərək vəziyyəti yerində araşdırıb.

H.Mirzəyev Lerik şəhərinin kənarında heç bir şəraiti olmayan iki otaqlı mənzildə ailəsi ilə birgə kirayədə yaşayır. Evin həyətyanı sahəsi də bom-boş idi, nə meyvə ağacları vardı, nə də əkin-biçin. Şikayətçini daha çox narahat edən səsinin kimsə tərəfindən eşidilməməsidir. Bu səbəbdən müəllim jurnalistin onun taleyi ilə maraqlanmasından çox sevinirdi, həyatı barədə uzun-uzun danışdı.
“Mən 38 ildir müəllim işləyirəm, aldığım əmək haqqı ilə heç bir iş görə bilmirəm. Biz acından ölməmək üçün yaşayırıq. Buna görə də məşəqətli həyat sürürəm. Mənim bu yaşıma qədər bir otaq evim yoxdur. Rayonda hökumətin ev tikməyə imkan olmasa da, inzibati binalarda müəyyən insanlara ev veririlir. Düzdür, məndən az əmək haqqı alanlar da var. Amma mən canlı şəhidəm, hesab edirəm ki, mənim kimi adamlara da diqqət olmalıdır”, - deyə qeyd edən H.Mirzəyev vətənpərvəlik hislərinə görə vaxtı ilə gözəl güzərandan imtina edərək Azərbaycana döndüyünü də qeyd etdi.
Müəllim həm də özümü “91-lər”dən sayır.
“91-lərdən biri də mənəm. Çünki mən 1991-ci ildə Azərbaycanın ümumilli lideri Heydən Əliyevin ölkəmizin yeganə xilaskarı olduğunu görüb onu dəstəkləmişəm, ona qarşı kampaniya aparanlara mətbuatda cavab vermişəm. Mərhum prezidentimizlə məktublaşmışam. Heydər Əliyev cənabları da mənə məktub yazıb. Bu məktubu kitabımda da çap eləmişəm. Amma mən lerikli bir kasıb oğlan olduğumdan adım heç yerdə çəkilmir, pullular “91-lər” elan olunub. Bu gün də onların səsi eşidilir”, - deyə o, qeyd etdi.
Şikayətçi müəllimin əsas narazılığı yerli məmurlardandır: “Məni son 5 ildə aldadırlar. Gözümlə pəncərədən görürəm ki, məmur kabinetində oturub. Amma qapıda duran polis deyir ki, Bakıdadır, ya da da qonağı var. Hər dəfə bir bəhanə gətirərək məni qəbul etmirlər. Ən kiçik məmur məni gözümçıxdıya salır.

Şikayətçi adını çəkmək istəmədiyi həmin məmurlar tərəfindən rayona sakinləri ilə görüşə gedən yüksək çinli dövlət adamlarının görüşunun yasaq edildiyini də dedi: “Bu yaxınlarda Lerikə gəlmiş, mənim çox umid bəslədiyim fövqəlada hallar naziri Kəmaləddin Heydərovla görüşüb sözümü demək istədim. Amma məmurlar məni onun qəbuluna buraxmadılar. Mənə iczə vermədilər ki, Heydər Əliyevə həsr etdiyim kitabımı ona təqdim edim”.

Lerik rayon İcra Hakimiyyətində “Bizim Yol”a bildirilib ki, H.Mirzəyevin şikayətləri əsasızdır. «Rayon rəhbərliyi ilk növbədə Lerikdəki çoxsaylı əlil və şəhid ailəsinin mənzillə təmin edilməsi üstündə baş sındırır. Əlillər üçün iki binanın tikilməsi ilə bağlı hazırlıq işləri gedir. Müəllimlərin isə mənzillə təmin edilməsi planda yoxdur»./bizimyol/
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33