Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Əncir xərçənglə mübarizə aparır

Əncirin faydalı xüsusiyyətləri haqqında insanlar ta qədim vaxtlardan bilirlər. Bu meyvə haqqında qədim traktatlarda məlumatlar tapmaq olar. Avisenna bu meyvənin faydalı xüsusiyyətlərini yüksək qiymətləndirirdi.
Əncir şəkərlər, sellüloz, pektin və orqanik turşularla zəngindir. Bundan əlavə əncirdə çox vacib və faydalı vitaminlər var - A, C, B qrupu vitaminləri. Əncir həmçinin mikroelementlərlə zəngindir - kalium, kalsium, dəmir, mis, fosfor, sink və s.
Bu zəngin kimyəvi tərkib ənciri bir çox xəstəliklər zamanı təbii dərman kimi istifadə etməsinə imkan yaradır. Belə ki, kaliumla zəngin olan bu meyvə bütün ürək xəstəlikləri zamanı çox xeyirlidir. Kalium ürək əzələsini möhkəmləndirir. Dəmir mikroelementi isə ənciri anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar üçün olduqca faydalı edir. Bundan əlavə dəmirlə zəngin olması ənciri qara ciyər üçün da çox faydalı edir.
Əncir damarları genişləndirir və nəticədə arterial təzyiqini tənzimləyir.
Əncir damarların divarlarını möhkəmləndirir və bu səbəbdən varikoz xəstəliyi olan insanlar üçün çox xeyirlidir. Bundan əlavə əncir qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.
Həm təzə həm də qurudulmuş əncir qəbizlikdən əziyyət çəkən insanlara çox yaxşı kömək edir. Hər gün bir neçə təzə və ya qurudulmuş əncir yeyən insanın bağırsaqları "saat kimi" işləyəcək.
Əncir bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlarda olan parazitlər və ziyanlı bakteriyalarla mübarizə aparır.
Əncir xərçəng əleyhinə xüsusiyyətlərinə malikdir. Əncir insan orqanizmini toksin və şlaklardan təmizləyir.
Təbii şəkərlərlə zəngin olan əncir əqli fəaliyyəti ilə məşğul olan insanlar üçün çox faydalıdır. Məsələ burasındadır ki, bizim beynimiz artıq dərəcədə "şirinsevəndir".
Bronxial astmadan əziyyət çəkən insanlar da bu meyvəni unutmamalıdır. Əncir yaxşı bəlhəmgətirici və iltihab əleyhinə xüsusiyyətlərinə malikdir.
Angina, öskürək və boğaz ağrısı zamanı əncir uğurla istifadə oluna bilər. Bunun üçün təzə və ya qurudulmuş bir neçə əncir meyvəsini süddə qaynatmaq və sonra isə ilıq vəziyyətdə gün ərzində bir neçə dəfə içmək lazımdır.
Təzə əncir çox kalorili meyvə deyil. Lakin qurudulmuş əncir isə daha kalorili məhsul sayılır ki, ağır xəstəliklər, cərrahiyyə əməliyyatları, kəskin arıqlama və s. keçirmiş insanlar onu öz pəhrizlərinə daxil etməlidir.
Onu da nəzərinizə çatdıraq ki, bəzi xəstəliklər (podaqra, kəskin mədə-bağırsaq sistemi xəstəlikləri, böyrək daşı xəstəliyi və s.) zamanı bu meyvənin qəbulu arzuedilməz sayılır.
Antioksidantlarla zəngin olan əncir orqanizmdə qocalma proseslərini ləngidir. Meyvənin bu xüsusiyyəti onu kosmetoloqlar üçün çox maraqlı edir. Meyvədən müxtəlif kosmetik maskalar hazırlanır. Bu maskalar dərini daha təravətli və yumşaq edir, yaxşı nəmləndirir və qidalandırır.
Maska reseptləri
Üzünüzü təmizləmək və təravətləndirmək istəyirsinizsə, yetişmiş əncir meyvəsini xırda doğrayın və 10-15 dəqiqə ərzində üzünüzdə saxladıqdan sonra ilıq su ilə yuyun.
2 dənə əncir meyvəsi, 1/2 banan, 2 stol qaşığı kəsmik, 1 dənə yumurta, 1 çay qaşığı şaftalı yağı, 10 damcı vitamin E blenderdə qarışdırılır və sonra nazik təbəqə ilə üz, boyun, dekolte zonasına çəkilir. 20 dəqidədən sonra maskanı ilıq suda isladılmış pambıq diski ilə yüngül hərəkətlərlə silin./sağlamolun/
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...