Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

İranla Rusiya arasında yeni razılaşma

İranla Rusiya arasında iki AES-in inşası ilə bağlı yekun razılaşma əldə olunub

İranla Rusiya arasında iki atom elektrik stansiyasının (AES) inşası ilə bağlı yekun razılaşma əldə olunub.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

Onun sözlərinə görə, sənəd imzalanması üçün İran və Rusiya rəsmilərinə təqdim ediləcək. B.Kəmalvəndi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatlarını müsbət qiymətləndirib: “İran nüvə fəaliyyətlərinin dinc məqsədli olduğu hər iki hesabatda öz əksini tapıb. Əvvəllər AEBA tərəfindən İran nüvə fəaliyyətləri barəsində hazırlanan hesabatlarda ikili standartlardan çıxış edildiyinə görə səhv məlumatlara yer verilirdi. Agentlik tərəfindən bu cür səhv məlumatların silinməsi çətindir. Ancaq İran bu məsələdə AEBA-ya yardım edir”.
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35