Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Rusiya prezidenti Ukraynaya qoşun yeridilməsi fikrindən vaz keçib

Vladimir Putin “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında” Federasiya Şurasının qərarının ləğvi barədə məsələ qaldırıb

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. “RİA Novosti”nin verdiyi məlumata görə, V. Putin iyunun 24-də Vyanaya səfərindən əvvəl Federasiya Şurasının sədri Valentina Matviyenkoya məktubla müraciət edib. O, “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında” Federasiya Şurasının qərarının ləğvi barədə təklif irəli sürüb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım üçtərəfli danışıqların başlanması ilə əlaqədar atılıb. Federasiya Şurası iyunu 25-də V. Putinin təklifinə baxacaq.

Xatırladaq ki, bu il martın 1-də Rusiya Federasiya Şurası V. Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib./apa/
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi